...

Türkiyədə səhhəti pisləşən Ermənistan vətəndaşı ölkəsinə aparıldı

Dünya xəbərləri Materials 23 Avqust 2024 16:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə səhhəti pisləşən Ermənistan vətəndaşı hava yolu ilə Ermənistana aparılıb.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlayıb.

Proses Ermənistan və Türkiyə tərəflərinin əməkdaşlığı ilə baş tutub.

"Ermənistan XİN Türkiyə XİN ilə əlaqə saxlayıb və xəstənin hava ilə daşınması üçün bütün lazımi tədbirlər tez bir zamanda təşkil edilib", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti