...

Avropa Parlamentinin sədri və onun lobbiçi əri qalmaqalın mərkəzindədir

Dünya xəbərləri Materials 6 Sentyabr 2024 08:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir aydan sonra Avropa Parlamentində deputatlar yenidən işə başlayacaqlar və Avropa Parlamentinin yeni sədri üçün bu başlanğıcın çətin olacağı proqnozlaşdırılır.

Trend-in “Politico” nəşrinə istinadən verdiyi xəbərə görə, Avropa Parlamentinin sədri Roberta Metsolanı onun həyat yoldaşı Ukko Metsola bir çox rəsmi səfərlərdə müşayiət edib. Hətta Brüsseldəki evlərində keçirilən bütün qəbul tədbirlərində də iştirak edib.

Ukko Metsola dünyanın ikinci ən böyük kruiz gəmi şirkəti olan “Royal Caribbean” qrupunun əsas Avropa lobbiçisi kimi fəaliyyət göstərib. “Politico”nun məlumatına görə, hər hansı qayda pozuntusuna yol verməsə də, bəzi avropalı deputatlar onun fəaliyyətində şəffaflığın çatışmadığını iddia ediblər. Deputatlar, həmçinin, onun həyat yoldaşının nüfuzundan istifadə edərək şirkətinin ekoloji keçidini maliyyələşdirmək üçün Avropa Fondlarından yararlanmağa çalışdığını irəli sürüblər.

Bununla yanaşı, “Politico”ya danışan Roberta Metsolanın ətrafındakı şəxslər və Ukko Metsola bu iddiaları təkzib edərək, maraq toqquşmasının olmadığını bəyan ediblər. Metsolalar şəxsi fəaliyyətləri ilə peşəkar vəzifələri arasında sərt bir ayrım qoyduqlarını vurğulayıblar. Lakin "Qatargate" qalmaqalından hələ də təsirlənən Avropa Parlamentində, Roberta Metsolanın işə başlayarkən yeni və gözlənilməz risklərlə üzləşəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti