Bakı. Trend:
London polisi şəhərin mərkəzində keçirilən Fələstin tərəfdarı etiraz aksiyası zamanı səkkiz nəfəri saxlayıb.
Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata görə, saxlanılanlardan altısı Fələstin tərəfdarlarının yürüşündə iştirak edib. Onlara qarşı irəli sürülən ittihamlar arasında irqi dözümsüzlük zəminində ictimai asayişi pozma, əmlaka ziyan vurma və hücumda iştirak etmək yer alır, - polis idarəsi bildirib.
Daha iki nəfər isə əks nümayişin iştirakçılarıdır və polis əməkdaşlarına hücum etməkdə şübhəli bilinirlər. Minlərlə etirazçı, sentyabrın 7-də Qəzza zolağında atəşkəsin dərhal dayandırılmasını tələb edərək Pikadilli meydanından Hayd Parka doğru yürüş keçirib.