Bakı. Trend:
NATO-nun yeni baş katibi Mark Rutte oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.
Trend xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti bəyanat yayıb.
“Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun Baş katibi kimi fəaliyyət müddəti başa çatacaq. Onun yerinə Niderlandın keçmiş baş naziri Mark Rutte gələcək”, — mətbuat xidmətinin mətnində qeyd olunur.
Qeyd edək ki, Ruttenin Alyansın başçısı vəzifəsinə təyin edilməsi haqqında qərar 26 iyun tarixində elan edilib. 32 NATO ölkəsinin səfirləri Şimali Atlantika Alyansının toplantısında bu təyinata razılıq veriblər.