...

Luiziana ştatının 100 mindən çox sakini "Fransin" qasırğası səbəbindən işıqsız qalıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2024 04:02 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Luiziana ştatını vuran "Fransin" qasırğasından sonra 110 minə yaxın insan işıqsız qalıb.

Bu barədə Trend yerli mətbuata istinadən xəbər verir.

Hazırda Luiziana ştatında 109,5 min istifadəçi işıqsız qalıb. Təbii fəlakətin mümkün qurbanları barədə hələlik məlumat verilməyib.

ABŞ Milli Qasırğa Mərkəzi bildirib ki, Saffir-Simpson şkalası üzrə 2-ci kateqoriyaya qədər güclənən "Fransin" qasırğası çərşənbə günü axşam Luiziana ştatının cənubuna çatıb. Onun hüdudları daxilində küləyin maksimal sürəti 43 m/s-ə çatır.

Xəbər lenti

Xəbər lenti