Bakı. Trend:
Rusiya Mərkəzi Bankının Direktorlar Şurası uçot dərəcəsini 100 bənd artıraraq, illik 19 faizə çatdırmaqla bağlı qərar qəbul edib.
Trend xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Hazırda inflyasiya təzyiqi yüksək səviyyədə qalır. 2024-cü ilin sonunda illik inflyasiyanın iyul ayında verilmiş 6,5-7,0% proqnoz diapazonunu keçməsi ehtimal olunur.
“Bu qərar inflyasiya ilə mübarizəni daha da gücləndirmək və iqtisadi stabilliyi qorumaq məqsədini güdür”, - məlumatda bildirilir.