Bakı. Trend:
Türkiyə Sakayra vilayətində yerləşən makaron fabrikasında partlayış baş verib.
Trend-in məlumatına görə, partlayışdan sonra yanğın baş verib.
Məlumata əsasən, hadisə yerinə təcili yardım briqadaları və yanğınsöndürənlər, həmçinin AFAD, Meşə Regional İdarəsi və polis əməkdaşları cəlb edilib.
Partlayış nəticəsində 28 nəfər xəsarət alıb. Onlar Sakarya vilayətinin Hendek və Akyazı rayonları, eləcə də Düzce və Kocaeli vilayətlərində yerləşən xəstəxanalara çatdırılıb.
Bildirilib ki, Alovu nəzarətə götürən yanğınsöndürmə briqadası soyutma işlərini davam etdirir.