Bakı. Trend:
Kanada hakimiyyəti 20 minə qədər ölkə vətəndaşını Livandan təxliyə etməyə hazırlaşır.
Bu barədə Trend Kanadanın müdafiə naziri Uilyam Bleyrə istinadən məlumat yayıb.
Evakuasiya bu insanların birbaşa Kanadaya aparılacağı anlamına gəlmir. Nazir bildirib ki, məqsəd vətəndaşları təhlükəsiz bir yerə, o cümlədən Kiprə aparmaqdır.
Kanadanın xarici işlər naziri Mélanie Joly, cümə axşamı günü ölkənin Livandakı vətəndaşları üçün kommersiya uçuşlarında yer ayırmağa başladığını elan edib. Bu durumda, Ottavanın sifariş etdiyi bu biletləri vətəndaşlar öz hesabına ödəməli olacaqlar, ya da onlara müvafiq kredit təqdim ediləcək. Joli, Livanı tərk etmək niyyətində olan kanadalıları Beyrutdakı Kanada səfirliyinə məlumat verməyə dəvət edib.