Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Keir Starmer, mümkün İran-İsrail münaqişəsinin qarşısını almaq üçün hər cür səy göstərilməsinin vacib olduğunu vurğulayıb.
Trend-in məlumatına görə, Starmer bu barədə "The Sunday Times" qəzetində dərc olunan məqaləsində yazıb. “Keçən həftə İsrailə qarşı baş verən dəhşətli hücum təhlükəli bir dönüş nöqtəsinə çatmağımıza səbəb oldu. İran-İsrail münaqişəsi Yaxın Şərq üçün və bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Hər iki tərəf bu təhlükədən uzaqlaşmalı və münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidir,” - deyə Starmer bildirib.
Oktyabrın 7-də, Fələstin radikal HƏMAS qruplaşmasının İsrailə hücumunun ildönümü ərəfəsində Starmer qeyd edib ki, Qəzza zolağında davam edən qarşıdurma "bütün regionu bürümək təhlükəsi yaradır" və Böyük Britaniyada etnik və məzhəblərarası gərginliyi artırır.