...

Livanın baş naziri atəşkəs ilə bağlı İsrailə təzyiq göstərməyə çağırıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2024 14:17 (UTC +04:00)

Bakı. Trend:

Livanın Baş naziri Nəcib Mikati İsraili atəşi dərhal dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə İkinci Livan Müharibəsinə son qoymaq üçün qəbul edilən 1701 saylı qətnaməsini yerinə yetirməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə "LBCI" televiziya kanalı xəbər verib.

"Atəşkəs rejiminə riayət etməsi və 1701 saylı qətnaməni dərhal yerinə yetirməsi üçün İsrailə təzyiq göstərməliyik", - deyə N.Mikati bildirib.

O, həmçinin ABŞ və Fransanın İsrail və "Hizbullah" arasında hərbi əməliyyatlarda müvəqqəti fasilə yaratmaq təşəbbüsünü dəstəklədiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti