...

Ağ Ev iğtişaş qorxusundan əlavə iki metrlik hasarla əhatə olunub

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 01:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Vaşinqtondakı Ağ Evdə yerləşən iqamətgahını əhatə edən ərazidə iki metr hündürlüyündə əlavə hasar qurulub.

Trend-in məlumatına görə, bu gücləndirilmiş təhlükəsizlik tədbirləri, noyabr ayında keçiriləcək prezident seçkiləri və yeni dövlət başçısının 2025-ci il 20 yanvarda baş tutacaq andiçmə mərasimi ilə əlaqədardır.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-nin 47-ci prezidenti seçiləcək. 2020-ci il siyahıyaalmasının nəticələrinə əsasən, seçki səsləri ştatlar arasında yenidən bölüşdürüldü.

Xəbər lenti

Xəbər lenti