...

Livanı tərk etmək istəyən Türkiyə vətəndaşlarının təxliyəsi həyata keçiriləcək

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 10:44 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Livandan qayıtmaq üçün müraciət edən vətəndaşların dəniz yolu ilə təxliyəsinin sabah (9 oktyabr) həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu məqsədlə 2 gəmi bu gün Beyruta yola düşəcək. Gəmilər 2 000 nəfərlikdir.

Vurğulanıb ki, lazım gələrsə, təxliyə qarşıdakı günlərdə də davam edə bilər.

Məlumata görə, Türkiyə Livana həm də humanitar yardımlar göndərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti