Bakı. Trend:
Livanın Səhiyyə Nazirliyi İsrail hava qüvvələrinin Beyrutun mərkəzindəki iki binaya endirdiyi zərbə nəticəsində 18 nəfərin həlak olduğunu bildirib.
Trend xəbər verir ki, Səhiyyə Nazirliyinin “Facebook” səhifəsində yerləşdirilən məlumata görə, 92 nəfər xəsarət alıb. Qurbanlar arasında qadınlar və uşaqlar da var. Bundan öncə Nazirlik 11 nəfərin öldüyünü və 48 nəfərin yaralandığını qeyd etmişdi.
Hava hücumlarına məruz qalan binaların yerləşdiyi Beyrutun Ras əl-Nabaa və Nuairi məhəllələrində xilasetmə işləri davam edir. Yanğınsöndürənlər binalardan birinin yuxarı mərtəbələrində qalan bütün sakinləri təxliyə edə biliblər.