...

Çində yanacaq qiymətləri yenidən artıb

Dünya xəbərləri Materials 12 Oktyabr 2024 10:51 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Çində yanacağın topdan və pərakəndə satış qiymətləri yenidən qalxıb.

Trend xəbər verir ki, bu barədə “Çin Milli İnkişaf və İslahat Komitəsi” məlumat yayıb.

Məlumatda bildirilir ki, benzinin bir tonunun qiyməti 140 yuan (təxminən 20 ABŞ dolları), dizel yanacağının qiyməti isə 135 yuan (19 dollar) artıb. Ölkənin neft emalı və satışı şirkətlərinə yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb.

Komitə, bu qiymət artımını qlobal bazarda xam neftin qiymət dəyişməsi ilə əlaqələndirib.

Qeyd edək ki, Çində mövcud olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan artıq qalxarsa və bu artım 10 iş gün ərzində davam edərsə, Çin hökuməti neft məhsullarının satış qiymətlərini də müvafiq qaydada artırır.

Çin, ABŞ-dan sonra dünyada ən böyük yanacaq istehlakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti