...

Litvada yeni hökumət seçilir

Dünya xəbərləri Materials 13 Oktyabr 2024 09:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bazar günü Litvada parlament seçkiləri keçirilir, burada 14 siyasi partiya və bir koalisiya Seymdə yer qazanmaq üçün mübarizə aparır.

Trend xəbər verir ki, bu barədə Delfi məlumat yayıb.

Seçki məntəqələri səhər saat 7-də açılıb və seçicilər axşam saat 8-ə qədər səs verə bilərlər.

Dövlət Seçki Komissiyasının verdiyi məlumata görə, üç gün davam edən erkən səsvermə mərhələsində 174 mindən çox seçici artıq səs verib.

Bu seçkilər çərçivəsində Seymin 141 üzvü seçiləcək. Çoxmandatlı dairələrdə 70 yer uğrunda 1721 namizəd, birmandatlı dairələrdə isə 71 yer uğrunda 699 namizəd yarışır.

Xəbər lenti

Xəbər lenti