...

Avropa İttifaqı Livanda BMT qüvvələrinə hücumla bağlı İsraildən izahat tələb edib

Dünya xəbərləri Materials 14 Oktyabr 2024 04:55 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı Livanda BMT qüvvələrinə hücumlarla bağlı İsraildən izahat gözləyir.

Trend-in məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

"Biz təcili olaraq İsrail hakimiyyətinin izahatını və Livanın cənubunda sabitliyin təmin edilməsində əsas rol oynayan Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinə hücumlarla bağlı hərtərəfli araşdırma gözləyirik", - deyə o qeyd edib.

J.Borrell qeyd edib ki, Avropa İttifaqı İsrail ordusunun bir neçə sülhməramlı yaralandığı BMT qüvvələrinə hücumlarından ciddi narahatdır.

"BMT sülhməramlılarına bu cür hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulması dəməkdir və tamamilə qəbuledilməzdir. Bu hücumlar dərhal dayandırılmalıdır", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti