Bakı. Trend:
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvan boğazında "Birgə qılınc - 2024B" adlı hərbi təlimləri başlayıb.
Trend-in xəbərinə görə, bu barədə ÇXAO-nun Şərq Hərbi Komandanlığının nümayəndəsi, polkovnik Li Si məlumat verib.
"Təlimlər Tayvanın müstəqilliyi üzrə separatçı qüvvələrin fəaliyyətlərinə qarşı sərt xəbərdarlıqdır. Bu, milli suverenliyi və birliyi qorumaq üçün qanuni və zəruri bir əməliyyatdır", - Çin Müdafiə Nazirliyinin saytında qeyd olunub.
Li Si, həmçinin bildirib ki, Tayvan sahillərində müxtəlif qoşunlar birgə təlimlərdə iştirak edəcəklər. Diqqət, əsasən, hava-dəniz döyüşü və patrula, həmçinin, əsas limanların blokadası və dəniz-quru hədəflərinin hücumuna yönəldiləcək.