Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinə görə 15-ci anti-Rusiya sanksiyalar paketini hazırlayır.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
"Mən əvvəldə sanksiyalar haqqında danışdım. Bəli, biz Rusiyaya qarşı 15-ci sanksiyalar paketini hazırlayırıq. Biz sanksiyalardan yayınmasına qarşı mübarizəni gücləndirməliyik", - deyə o bildirib.