Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya avropalı hərbi təlimatçıların göndərilməsi məsələsində hələlik konsensusa gələ bilməyiblər.
Trend-in məlumatına görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrell Kiyevdə mətbuat konfransında bildirib.
"Ukrayna ərazisində fəaliyyət göstərməyə gəlincə, bu tələbi təmin etmək üçün hələlik konsensusumuz yoxdur", - deyə o qeyd edib.
J.Borrelin sözlərinə görə, Aİ icmanın ərazisində ukraynalı hərbçilərə təlim keçməyə davam edir. “70 min ukraynalı hərbçi bizim missiyamız çərçivəsində artıq təlim keçib”, - deyə o əlavə edib.