...

Pakistan altı ölkənin spikerlərinin görüşünü Rusiyada keçirməyi təklif edir

Dünya xəbərləri Materials 2 Dekabr 2024 04:26 (UTC +04:00)
Pakistan altı ölkənin spikerlərinin görüşünü Rusiyada keçirməyi təklif edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq altı ölkənin – Əfqanıstan, İran, Çin, Rusiya, Pakistan və Türkiyənin parlament rəhbərlərinin terrorizmlə mübarizə və regional əməkdaşlığın gücləndirilməsi üzrə növbəti konfransının Rusiyada keçirilməsini təklif edib.

Trend xəbər verir ki, Sərdar Ayaz Sadiq bu təklifi “TASS”a müsahibəsində səsləndirib. O, 2017-ci ildə Pakistanda bu formatda ilk konfransın keçirildiyini xatırladıb:
"Məhz o zaman biz müxtəlif məsələlərlə bağlı razılaşmalara imza atdıq. Əsas məqsədimiz bölgədə terrorizmlə mübarizə aparmaq və təhlükəsizliyi təmin etməkdir."

Sadiq qeyd edib ki, bu format 2018-ci ildə Türkiyədə, 2019-cu ildə isə İranda davam etdirilib. O, həmin konfranslara da dəvət olunub, lakin o zaman parlament spikeri deyil, deputat olub:
"Bu təşəbbüsü ilk dəfə 2015-ci ildə irəli sürdüm. 2017-ci ildə nəhayət, bütün tərəfləri danışıqlar masasına əyləşdirməyə nail oldum."

Gözlənilir ki, Rusiya bu konfransa ev sahibliyi edərsə, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində yeni razılaşmalar əldə edilə bilər.

Xəbər lenti

Xəbər lenti