...

Türkiyənin kimyəvi məhsul ixracı artıb

Dünya xəbərləri Materials 3 Dekabr 2024 14:01 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28 milyard 147 milyon 342 min dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 min dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti