...

Fransanın baş naziri səhər saatlarında istefa verəcək

Dünya xəbərləri Materials 5 Dekabr 2024 01:53 (UTC +04:00)
Fransanın baş naziri səhər saatlarında istefa verəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Baş naziri Mişel Barnier, Milli Assambleyada etimadsızlıq səsverməsindən sonra, dekabrın 5-də səhər saatlarında istefa ərizəsini Prezident Emmanuel Makronə təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə “Le Figaro” qəzeti Yelisey sarayındakı mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, Mişel Barnier cümə axşamı səhər Yelisey sarayında istefasını rəsmən təqdim etməyi planlaşdırır.

Əvvəlcə BFMTV kanalı da məlumat vermişdi ki, Fransa Prezidenti Emmanuel Makron, Barnier hökumətinə etimadsızlıq səsverməsindən sonra 24 saat ərzində yeni baş nazir təyin etməyi düşünür.

Xəbər lenti

Xəbər lenti