...

ABŞ Rumıniyanı Qərbyönümlü siyasətdən imtinanın nəticələri ilə bağlı xəbərdar edir

Dünya xəbərləri Materials 5 Dekabr 2024 07:54 (UTC +04:00)
ABŞ Rumıniyanı Qərbyönümlü siyasətdən imtinanın nəticələri ilə bağlı xəbərdar edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Rumıniyaya xəbərdarlıq edərək, Qərbyönümlü kursdan uzaqlaşmanın Vaşinqtonla təhlükəsizlik əlaqələrinin zəifləməsinə və ölkədəki Amerika investisiyalarının azalmasına səbəb ola biləcəyini bildirib.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı bəyanatında məlumat yayıb.

Miller bildirib ki, ABŞ Rumıniyanın NATO çərçivəsindəki müttəfiqliyini və Avropa İttifaqındakı tərəfdaşlığını yüksək qiymətləndirir. Lakin Vaşinqton xəbərdarlıq edir ki, istənilən siyasi və ya iqtisadi istiqamət dəyişikliyi iki ölkə arasında təhlükəsizlik əməkdaşlığına ciddi mənfi təsir göstərə bilər:

"Xarici investisiyaların məhdudlaşdırılması qərarı ABŞ şirkətlərinin Rumıniyaya sərmayə qoymağa davam etməsinə mane olacaq. Rumıniyada keçiriləcək seçkiləri diqqətlə izləyirik. Kimi seçəcəyi Rumıniya xalqının suveren qərarıdır və ABŞ bu prosesə müdaxilə etmir."

Bəyanatda həmçinin Rumıniya Ali Müdafiə Şurasının Rusiyanın seçki proseslərinə kiber müdaxilələri ilə bağlı narahatlıqları xüsusi qeyd olunub. ABŞ Dövlət Departamenti bu iddiaların ciddi araşdırılmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti