...

"The Guardian" və "The Observer" qəzetlərinin jurnalistləri 50 ildən sonra ilk dəfə tətilə çıxıb (FOTO)

Dünya xəbərləri Materials 5 Dekabr 2024 08:10 (UTC +04:00)
"The Guardian" və "The Observer" qəzetlərinin jurnalistləri 50 ildən sonra ilk dəfə tətilə çıxıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın tanınmış qəzetləri "The Guardian" və "The Observer" əməkdaşları son 50 ildə ilk dəfə ikigünlük tətilə başlayıblar.

Trend-in "The Daily Telegraph"a istinadən verdiyi məlumata görə, bu barədə Milli Jurnalistlər İttifaqı (National Union of Journalists) bəyanat yayıb. Tətilin əsas səbəbi, "The Observer" həftəlik qəzetinin "Tortoise Media" xəbər portalına mümkün satışı ilə bağlı danışıqlardır.

Tətil çərçivəsində onlarla jurnalist London şəhərində, qəzetlərin sahibi olan Guardian Media Group (GMG) şirkətinin qərargahı qarşısında etiraz piketi təşkil edib.

Tətilin xüsusi bir təsadüfü də var: aksiyanın başladığı gün, dünyanın ən qədim bazar günü qəzeti olan "The Observer" nəşrinin ilk buraxılışının 233-cü ildönümüdür.

Jurnalistlər qəzetin mümkün satışı ilə bağlı danışıqların əməkdaşlarla məsləhətləşmədən aparılmasından narazıdırlar.

NUJ-un məlumatına görə, "The Guardian" jurnalistləri son dəfə 1971-ci ildə Britaniya Həmkarlar İttifaqları Konqresi tərəfindən təşkil edilən ümummilli tətildə iştirak ediblər.

Tətil qərarı NUJ-un səsverməsi ilə qəbul edilib. Hər iki nəşrin əməkdaşlarının 93%-i (75% iştirakla) tətili dəstəkləyib. Bununla belə, bəzi "The Guardian" jurnalistləri tətildə iştirak etməyi rədd ediblər.

Tətilə baxmayaraq, "The Guardian" qəzetinin çap formatında nəşri və veb-saytında xəbərlərin yayımlanması davam edəcək. Bununla belə, bəzi materialların əvvəlcədən hazırlanmış olduğu qeyd ediləcək.

Xəbər lenti

Xəbər lenti