Bakı. Trend:
ABŞ administrasiyası Suriyadakı vəziyyəti izləyir və regional tərəfdaşlarla əlaqə saxlayır.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett deyib.
"Prezident Bayden və komandası Suriyadakı fövqəladə hadisələri diqqətlə izləyir və regional tərəfdaşlarla daim əlaqə saxlayır", - deyə o bildirib.
Eyni zamanda, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ABŞ-nin Suriyada baş verənlərə “müdaxilə etmək niyyətində olmadığını”, lakin İŞİD-in potensial canlanmasının qarşısını almaq üçün addımlar atacağını bildirib.