...

Suriyada konstitusiyaya dəyişiklik etmək üçün komitə yaradılacaq

Dünya xəbərləri Materials 11 Dekabr 2024 08:56 (UTC +04:00)
Suriyada konstitusiyaya dəyişiklik etmək üçün komitə yaradılacaq

Bakı. Trend:

Suriyada vəzifəsi ölkənin əsas qanunlarına dəyişiklik etmək olacaq konstitusiya komitəsi yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi departamentinin nümayəndəsi məlumat verib.

“Əvvəllər qəbul edilmiş konstitusiyaya yenidən baxılması və ona əlavə və dəyişikliklərin edilməsi üçün konstitusiya komitəsi yaradılacaq. Yeni Suriya ədalətə və qanuna əsaslanacaq, bədnam həbsxanalara yer qalmayacaq”, - deyə departamentin nümayəndəsi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti