Bakı. Trend:
Brüsseldə təşkil olunan ACES Mükafatlarının Qala mərasimində “Dünya İdman Paytaxtı”nın Sofiyadan (2024) Monakoya (2025) keçdiyi elan edilib.
Trend xəbər verir ki, bu barədə Bolqarıstan xəbər agentliyi (BTA) məlumat yayıb.
Bildirilib ki, Bolqarıstan nümayəndələri bayrağı Monakodan gələn nümayəndə heyətinə təqdim ediblər.
Mərasim zamanı Bolqarıstanın Qara dəniz sahilindəki Sozopol kurortu 2025-ci il Avropa İdman Şəhəri seçilib.
Qeyd edək ki, ACES Brüsseldə yerləşən və hər il dünya paytaxtı, Avropa paytaxtı, region, şəhər, ada, icma və idman şəhərinin seçilməsini təyin edən qeyri-kommersiya təşkilatıdır.