...

ABŞ və Kanadanın “ticarət müharibəsi” kəskinləşə bilər

Dünya xəbərləri Materials 12 Fevral 2025 09:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Kanadadan idxal olunan məhsullara rüsumların miqdarını daha da yüksəldə bilər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Ağ Evdən olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp tərəfindən polad və alüminiumun idxalına elan etdiyi 25 faizlik rüsum digər Kanada məhsullarına da tətbiq oluna bilər ki, bu da ümumi rüsumların 50 faizə qədər qaldırılmasına yol aça bilər.

Qeyd edilir ki, bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Donald Trampın polad və alüminiuma tətbiq etdiyi rüsumların yolverilməz olduğunu bildirib və rəsmi Ottavanın buna “sərt və qəti” şəkildə təpki göstərməyə hazır olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti