...

Fransa Kot-d'İvuardakı hərbi bazasını tərk edib

Dünya xəbərləri Materials 20 Fevral 2025 16:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Kot-d'İvuardakı yeganə hərbi bazasını tərk edib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Fransa ordusu onillər ərzində adı çəkilən dövlətdə hərbi iştirakını qoruyub saxlayırdı və onun bazanı tərk etməsi Afrika ölkələrinin Fransa ilə hərbi əməkdaşlığı azaltması trendinin davamı kimi qiymətləndirilir. Bazada baş tutan təntənəli təhvil-təslim prosesində Fil dişi sahilinin bayrağı ucaldıldıqdan sonra Fransa və Kot-d'İvuardan olan nazirlər arasında aidiyyatı rəsmi sənədlərin imzalanması baş tutub.

Bildirilir ki, Fransa hərbi kontingentinin bazanı tərk edəcəyini Kot-divuar prezidenti Alassan Uattara hələ ötən ilin dekabr ayında elan etmişdi.

Qeyd edək ki, Port-Bouet hərbi bazasında Fransa ordusunun şəxsi heyəti təxminən 1000 əsgərdən ibarət idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti