Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Quantanamo hərbi bazasında müvəqqəti saxladığı 177 qanunsuz miqrantı Venesuelaya yollayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Vaşinqton və Karakasdan olan rəsmilər mühacirləri daşıyan təyyarənin ABŞ bazasından çıxdığını və mühacirləri üçüncü dövlətdə - Hondurasda düşürdüyünü təsdiqləyib.
Sonradan Venesuala hökumətinin nümayəndələri mühacirləri aeroportda qəbul edib və onları Karakasa uçan “Konviasa” hava yolları şirkətinə aid sərnişin təyyarəsi ilə vətənlərinə göndərib.
Qeyd edək ki, bir neçə həftə əvvəl ABŞ və Venesuala rəhbərliyi arasında diplomatik gərginlik yaşanmışdı. Ağ Ev rəhbəri Venesual prezidenti Nikolas Maduronu seçki nəticələrini “oğurlamaqda” ittiham etmişdi. Diplomatik gərginliyin danışıqlar yolu ilə sovuşmasından sonra rəsmi Karakas Amerikada yaşayan qanunsuz miqrantları qəbul etməyə razılaşmışdı.