Bakı. Trend:
Fransa və Estoniya Ukraynaya dəstəyi müzakirə etmək üçün fevralın 24-də Avropa müdafiə nazirlərinin fövqəladə iclasını keçirəcək.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
"Bazar ertəsi Fransa və Estoniya Avropa ölkələrinin müdafiə nazirlərinin görüşünə ev sahibliyi edəcək və Ukraynaya dəstəyin artırılması yollarını müzakirə edəcəklər", - deyə bildirilib.
Böyük Britaniya, Almaniya, İtaliya, Polşa da daxil olmaqla ondan çox ölkənin nümayəndələrinin, həmçinin Aİ və NATO nümayəndələrinin iştirakı gözlənilir.