...

Kanada ABŞ ilə ticarət müharibəsinə hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 4 Mart 2025 07:34 (UTC +04:00)
Kanada ABŞ ilə ticarət müharibəsinə hazır olduğunu bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp administrasiyası martın 4-də Kanada mallarına rüsumlar tətbiq edərsə, Kanada 155 milyard Kanada dolları (107,4 milyard ABŞ dolları) məbləğində cavab rüsumları tətbiq edəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Kanada xarici işlər naziri Melani Joli deyib.

"Tramp tariflər tətbiq etsə, biz 155 milyard [Kanada] dollarlıq tariflərlə [cavab verməyə] hazır olacağıq”, - deyə nazir bildirib. M.Joli ABŞ prezidentinin vəd etdiyi tarifləri Kanada üçün “ekzistensial təhlükə” adlandırıb, həmçinin Ottavanın buna hazır olduğunu qeyd edib.

"ABŞ ticarət müharibəsinə başlamaq qərarına gəlsə, biz buna hazır olacağıq", - deyə Kanada XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti