...

ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 10 Mart 2025 04:37 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Pensilvaniya ştatının Lancaster dairəsində kiçik təyyarə qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə CBS televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.

Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil yanıb. Qəza yerində təcili yardım xidmətləri işləyir.

Yerli WGAL telekanalı hadisə nəticəsində ölənlərin olduğunu, lakin onların vəziyyəti barədə hələlik məlumat verilmədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti