...

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Dünya xəbərləri Materials 22 Mart 2025 23:21 (UTC +04:00)

Bakı. Trend:

Nigerin cənub-qərbində Kokorou bölgəsindəki Fonbita kəndindəki məscidə hücum nəticəsində azı 44 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Mohamed Toumba məlumat verib.

Nazir Toumba, 44 nəfərin öldürüldüyü, 4-ü ağır olmaqla 13 nəfərin yaralandığı hücumun İŞİD terror təşkilatına bağlı quruplaşmalar tərəfindən həyata keçirildiyini qeyd edib.

Hökumət hücumla əlaqədar bu gündən başlayaraq 72 saatlıq milli matəm elan edib.

Xəbər lenti

Xəbər lenti