...

Türkiyədə restoranda atışma oldu - Bir azərbaycanlı yaralandı

Dünya xəbərləri Materials 25 Mart 2025 01:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul vilayətində atışma baş verib.

Trend-in məlumatına görə, Şişli rayonunda yerləşən restorana silahlı hücum edilib.

Məlumata əsasən, otelin restoran hissəsində oturan 3 nəfərə iki nəfər silahla atəş açıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.

Bildirilib ki, yaralanan Erkan A. ve Beyhan T.-nin vəziyyət ağırdır. Azərbaycan vətəndaşı olan Hüseyn M.-nin yüngül xəsarətlər aldığı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti