Bakı. Trend:
Rusiyanın iri neft şirkətləri "LUKOIL" və "Rosneft" kiberhücumların hədəfinə çevrilib.
Trend xəbər verir ki, "LUKOIL" işçilərinə kompüterləri yandırmamaq və iş servislərindən istifadə etməmək tapşırılıb.
Artıq sistemə daxil olanlardan dərhal çıxmaları istənilib. Şirkət əməkdaşları elektron buraxılış kartlarından istifadə edə bilmədiyi üçün mühafizə xidməti girişləri əllə yoxlayır. Yanacaqdoldurma məntəqələrində də kartla ödənişlərdə problemlər yaşanır.
Bənzər hücum "Rosneft"ə qarşı da həyata keçirilib. Şirkət işçiləri eyni məzmunlu xəbərdarlıqlar alıb və onlardan kompüterlərini söndürmələri tələb olunub.
Hücumlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.