...

“ChatGPT” rəhbərliyi İlon Maskı məhkəməyə verib

Dünya xəbərləri Materials 10 Aprel 2025 10:50 (UTC +04:00)
“ChatGPT” rəhbərliyi İlon Maskı məhkəməyə verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Dünyanın ən populyar süni intellekt çat-botu olan “ChatGPT”-i hazırlamış “OpenAI” şirkəti Amerikalı milyarder İlon Maska qarşı qarşılıqlı iddia qaldırıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Federal məhkəməyə müraciət edən şirkət Amerikalı sahibkarın şirkətin işgüzar nüfuzuna ziyan vuran əməllərinə son qoymasını tələb edib.

"Mətbuat vasitəsilə hücumlar Maskın nəzarətində olan sosial şəbəkə “X”də 200 milyondan çox abunəçiyə yayımlanan zərərli kampaniyalar vasitəsilə, o, OpenAI-yə zərər vurmaq üçün bütün mövcud alətlərdən istifadə edib", -ChatGPT adlı çat-botu yaradan şirkətin bəyanatında deyilir.

“OpenAI” milyarderin vurduğu zərərə görə məsuliyyətə cəlb olunmasını tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti