...

Dünyada “PlayStation 5” bahalaşıb

Dünya xəbərləri Materials 14 Aprel 2025 13:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın “Sony” korporasiyası “PlayStation 5” video-oyun konsolunun qiymətini qaldırıb.

Trend xəbər verir ki, bu barədə “PlayStation” bloqunda məlumat yayılıb.

Dünyanın ən məşhur konsollarından olan “PlayStation”un qiyməti Asiya və bir sıra Avropa bazarlarında, o cümlədən, Britaniyada bahalaşıb. Avropada PlayStation 5 Digital Edition 50 avro bahalaşaraq - qiyməti 500 avroya qədər yüksəlib.

Böyük Britaniyada isə qiymət 40 şərti vahid qalxaraq 430 funt sterlinqə çatıb.

Avstraliya və Yeni Zelandiyada isə konsolun bütün versiyaları bahalaşıb (müvafiq olaraq 150 Avstraliya dolları və 210 Yeni-Zelandiya dollara qədər)

“Sony” şirkətinin qlobal marketinq üzrə vitse-prezidenti bahalaşmanı, qlobal iqtisadi çətinliklər, o cümlədən, yüksək inflyasiya səviyyəsi və valyuta məzənələrinin müntəzəm dəyişkənlikləri ilə əsaslandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti