...

ABŞ ilə danışıqların ikinci raundu Omanda keçiriləcək - İran XİN

Dünya xəbərləri Materials 15 Aprel 2025 02:24 (UTC +04:00)
ABŞ ilə danışıqların ikinci raundu Omanda keçiriləcək - İran XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu Omanın paytaxtı Maskatda keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, məsləhətləşmələrdən sonra danışıqların növbəti raundunun aprelin 19-da Omanın paytaxtında keçirilməsi qərara alınıb.

Bundan əvvəl Niderlandın xarici işlər naziri Kaspar Veldkamp bildirmişdi ki, ABŞ və İran İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün danışıqların növbəti mərhələsini Romada keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti