...

Fransa məktəbində silahlı insident: ölən və yaralılar var

Dünya xəbərləri Materials 25 Aprel 2025 09:19 (UTC +04:00)
Fransa məktəbində silahlı insident: ölən və yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Nant şəhərində yerləşən “Notr-Dam de Tut Zed” adlı özəl ümumi məktəbdə silahlı insident yaşanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, naməlum şəxs soyuq silahla şagirdlərə hücum edib. Hadisə nəticəsində şagirdlərdən biri həyatını itirib, üçü yaralanıb.

Məlumata görə, təhsil ocağının müəllimlərindən birinin müdaxiləsindən sonra hücumu həyata keçirən şəxsi saxlamaq mümkün olub və onu hadisə yerinə gələn polis dəstələrinə təhvil veriblər.

Hadisə ilə əlaqədar məktəbin ərazisinə xeyli sayda polis qüvvələri o cümlədən hərbçilər səfərbər olunub, təhlükəsizlik məqsədilə şagirdlər və müəllimlər binadan təxliyə edilib. Silahlı hücumun terror yoxsa məişət zəminli olduğu barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti