...

ABŞ hipersəsli "Dark Eagle" raketini sınaqdan keçirib

Dünya xəbərləri Materials 26 Aprel 2025 00:26 (UTC +04:00)

Bakı. Trend:

ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan "Dark Eagle" adlı hipersəsli LRHW raketini sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə "Orlando Sentinel" qəzeti xəbər verib.

Məlumata əsasən, buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələrinin bazasının 46-cı start kompleksindən Atlantik Okeanı istiqamətində həyata keçirilib.

Pentaqon raketin buraxılışını təsdiqləyib, lakin heç bir təfərrüat açıqlamayıb.

"Hökumət, elmi və sənaye tərəfdaşlarından ibarət birgə qrup Müdafiə Nazirliyi adından Kanaveral burnunda yerləşən Hərbi Hava Qüvvələri bazasında sınaqlar keçirib", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti