...

Türkiyədən Azərbaycana polad ixracı artıb

Dünya xəbərləri Materials 6 May 2025 16:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 6 milyon 670 min 43 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalaraq, 29 milyon 285 min 88 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 5 milyon 331 min 554 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1 milyon 306 min 238 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 16 milyon 322 min 954 dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti