...

Xaçmazda avtomobil aşıb, ölən və yaralananlar var

Hadisə Materials 6 May 2025 09:18 (UTC +04:00)
Xaçmazda avtomobil aşıb, ölən və yaralananlar var
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda avtomobilin aşması nəticəsində sürücü ölüb, sərnişinlər ağır xəsarət alıblar.

Trend-in əldə etdiyi məlumata görə, hafisə mayın 4-ü saat 16:00 radələrində Xaçmaz rayonunun Ləcət kəndi ərazisində baş verib.

Belə ki, Ləcət-Xudat istiqamətində olan avtomobil yolunda 1984-cü il təvəllüdlü Həsənbəyov Tərlan Əlifxan oğlu idarə etdiyi “Toyota Corolla” markalı avtomobilin yolun hərəkət hissəsindən çıxaraq yolun sağ kənarına aşması nəticəsində sürücü T.Həsənbəyov ağır kəllə-beyin travması, baş beyin əzilməsi, alın nahiyəsinin böyük əzilmiş-cırılmış yarası, döş qəfəsinin əzilməsi, komotoz vəziyyət kimi xəsarətlər alıb.

Avtomobildəki sərnişinlər 1965-ci il təvəllüdlü Balacayeva Aynaxanım Arif qızı qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin və döş qəfəsinin əzilməsi, sol əlin 2-ci barmağının kəsilmiş yarası" kimi xəsarətlər, 2014-cü il təvəllüdlü Həsənbəyov Rəsul Tərlan oğlu qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol qaş nahiyəsinin əzilmiş yarası, təpə və döş qəfəsinin əzilməsi kimi xəsarətlər, 1962-ci il təvəllüdlü Balacayev Xanlar Abzər oğlu ağır kəllə-beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin əzilməsi, başın çoxsaylı əzilmiş yaraları, komotoz vəziyyət kimi xəsarətlər alıb.

T.Həsənbəyov Xaçmaz RMX-dan müayinə üçün Qusar şəhərində yerləşən “OKİ” klinikasına aparılarkən təcili tibbi yardım avtomobilində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti