Ağdam. Trend:
Minsk Avtomobil Zavodu ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var.
Trend xəbər verir ki, bunu Minsk avtomobil zavodunun baş direktoru Valeriy İvankoviç bildirib.
Onun sözlərinə görə, Azərbaycan MAZ üçün strateji tərəfdaş olaraq qalır.
“Mən burada müştərək iş üçün çox yaxşı perspektiv görürəm. Bizim təkcə ortaq maraqlarımız deyil, həm də möhkəm, səmimi insani münasibətlərə əsaslanan çox ortaq nöqtələrimiz var. Bizi uzun illərin əməkdaşlığı birləşdirir”, - deyə İvankoviç bildirib.
O, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və investisiya işlərinin miqyasına heyran qaldığını qeyd edib. Dostluq əlaməti olaraq Belarus hökuməti Azərbaycana məhz o regionlarda iş üçün nəzərdə tutulan kommunal maşınlar təqdim edib.
İvankoviç qeyd edib ki, MAZ Gəncə Avtomobil Zavodu ilə maşın komplektlərinin tədarükü, avtomobillərin yığılması və yanğınsöndürmə texnikası ilə bağlı proqramlar çərçivəsində fəal əməkdaşlıq edir.