...

Bir sıra təhsil müəssisələrində elektrik təchizatı ilə bağlı işlərə sərf olunacaq məbləğ məlum olub

İqtisadiyyat Materials 6 May 2025 14:14 (UTC +04:00)
Bir sıra təhsil müəssisələrində elektrik təchizatı ilə bağlı işlərə sərf olunacaq məbləğ məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat üçün avadanlıqlar alınıb quraşdırılacaq.

Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə start verib.

Nazirlik hələlik sözügedən işlərin hansı təhsil müəssisələrində aparılacağını açıqlamasa da, qeyd olunan işlərin 9,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Eyni zamanda, nazirlik hazırda bəhs olunan işləri icra edəcək şirkət axtarışındadır.

Qeyd edək ki, ötən gün nazirlik Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işlərinin aparılması ilə bağlı 9,8 milyon manatıq işlərə start verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti