...

Rusiyanın 8 aeroportunda uçuşlar bərpa olunub

Dünya xəbərləri Materials 6 May 2025 10:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın bir neçə hava limanlarında mayın 6-dan etibarən hava gəmilərinin uşuş və enişinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Hava Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata əsasən, İvanovo, Kaluqa, Nijni Novqorod, Yaroslavl, Samara, Volqoqrad, Moskva, Saratov aeroportları normal fəaliyyətini bərpa edib.

Xatırladaq ki, mayın 6-a keçən gecə hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə Rusiyanın ümumilikdə 13 hərbi hava limanında uçuşlar qadağan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti