...

Bakıda hosteldə yanğın olub

Hadisə Materials 5 May 2025 16:10 (UTC +04:00)
Bakıda hosteldə yanğın olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda hosteldə yanğın olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən üçmərtəbəli binada yanğın baş verib.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində üçmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən hosteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində səkkizotaqlı hostelin bir otağı 12 m² sahədə yanıb.

Hostelin böyük hissəsi və bina yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti