...

Dağıstanda atışma - Üç polis öldürülüb, xidməti maşın qaçırılıb

Dünya xəbərləri Materials 5 May 2025 16:43 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dağıstanın Mahaçqala şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə atışma baş verib.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, insident Kərimov və Məhəmmədtahirov küçələrinin kəsişməsində qeydə alınıb.

İki naməlum şəxs Yol Patrul Xidmətinin yerli patruluna hücum edib. Cinayətkarlar asayiş keşikçilərinə odlu silahdan atəş açaraq, xidməti avtomobili ələ keçirib və hadisə yerindən qaçıblar.

Hadisə nəticəsində 3 polis əməkdaşlarının həlak olduğu, 12 yaşlı bir qızın yaralandığı bildirilir.

Cinayətkarların yaxalanması üçün irimiqyaslı əməliyyat başlanılıb, şübhəlilərin kimliyi müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti