...

Mərakeş Krallığının xanım şahzadəsi Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 5 May 2025 14:40 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 5-də Mərakeş Krallığının xanım şahzadəsi Lalla Hasnaa Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, Lalla Hasnaa Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti