Bakı. Trend:
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı və Sumqayıt şəhərlərində keçirilən əməliyyat nəticəsində 34 yaşlı M.Rəhimov, 25 yaşlı F.Hüseynzadə və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 27 yaşlı Ə.Atakişiyev saxlanılıb.
Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və 22 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.